Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadənin, prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
SİA-nın verdiyi məlumata görə, MSK katibi Arifə Muxtarova deyib ki, Araz Əlizadənin və Qüdrət Həsənquliyevin müdafiəsi üçün toplanan imzalar MSK-ya təqdim edilib, Mərkəzi Seçki Komissiyası həmin imzaları yoxlayıb, onların prezidentliyə namizədliyinin qeydə alınması üçün əsaslar var.
Hər iki şəxsin namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, iclasda namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadə və namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyinin qeydə alınması səsə qoyulub və qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB