Türkiyədə fəaliyyət göstərən partiya liderindən biri Ermənistanda həbs olunub
Ermənistana səfər edən "Güclü Türkiyə" Partiyasının lideri Tuna Bekleviç bu ölkə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. SİA-nın verdiyi məlumata görə, T.Bəkləviç bu gün İrəvanda keçirdiyi mətbuat konfransında dərhal sonra tutulub. Ermənistan hüquq-mühafizə orqanları bu xəbəri nə təsdiq, nə də təkzib ediblər.
T.Bəkləviçin müşaviri Murad Aksu da Türkiyə xəbər agentliklərinə açıqlamasında partiya liderinin Ermənistanda saxlanıldığını və onun taleyindən xəbər ala bilmədiklərini söyləyib.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix protokollarının ildönümündə - oktyabrın 10-da iki ölkə sərhədindəki Arpaçayı keçərək Ermənistana gedən T.Bəkləviç oktyabrın 28-də yenidən bu ölkəyə səfər edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB