Səbuhi Abbasov: “Dünyada seçki proseslərinə yanaşma fərqlidir” MÜNASİBƏT
“Bu gün dünyada seçki proseslərinə yanaşma fərqlidir. Lakin son 15 ildə baş verən proseslər demokratik dəyərlərin daha vacib olduğunu göstərdi. Bu mənada Azərbaycan da bu proseslərdə demokratiya yolunu əsas götürüb”. Bunu SİA-ya Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, Şərqdə ilk dəfə demokratik seçkiləri reallaşdıran dövlət kimi bu gün də bu prinsiplərə tam sadiqik: “Bu il keçiriləcək prezident seçkilərinin də azad, şəffaf, demokratik dəyərlərə uyğun olacağı heç kimdə şübhə yaratmamalıdır. Digər bir məqam isə daha vacibdir. Bu gün azad seçkiləri, demokratik prinsipləri tətbiq edən dövlətlər hədəfə alınır, qarayaxmalara məruz qalır. Bu mənada son 10 ildə ölkəmizə qarşı aparılan kampaniyalar da məhz bu qəbildəndir. Bu mübarizədə dövlətçilik ənənələri güclü olan, çevik siyasi gedişləri reallaşdırmağı bacaran dövlətlər ayaqda qalır, zəiflər isə sıradan çıxırlar. Bu ədalətsiz mübarizədir, amma reallıqdır. Bundan başqa dünya erməni yalanları ilə üz-üzə qalıb. Güclü maddi dayaqları olan erməni lobbisi tək Azərbaycana qarşı deyil, bütövlükdə türk dünyasına qarşı şərəfsiz mübarizə aparır. Ölkəmizdə mövcud olan azad seçki mühitinə də məhz erməni lobbisindən maliyyələşən bəzi insanlar kölgə salmaq, aşağılamaq istəyirlər. Lakin bu proses 20 ildir davam etsə də ildən-ilə öz təsirini itirir və coğrafiyası daralır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB