Yaxud, anası gəzən ağacı, balası budaq-budaq gəzər...
Artıq bəlli olduğu kimi, bir neçə gün öncə, ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar daim erməni lobbisinə xidmət göstərən və bu gün də öz çirkin və xəyanətkar əməllərini davam etdirən “Sülh və Demokratiya İnstitu”nun (“SDİ”) direktoru Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. Lakin o, deputatların suallarına doğru-dürüst cavab verməsi yerinə, Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək siyasi həyasızlıq nümayiş etdirib, üstəlik gülməyə başlayıb. Onunla eyni masada oturan Emin Hüseynov da həmin sayğısızlığı nümaiyş etdirib.
Yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını həyasızcasına bəyan edən də bu ermənisifətdir!
Əgər nəzərə alarsaq ki, vaxtilə Bakıda “Eurovision” mahnı müsabiqəsi ərəfələrində erməni təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərən bəzi xarici media qurumları üçün “Demokratiya üçün oxu” şüarı altında konfrans düzənləyib, həmin konfransda Azərbaycana qarşı ləkə atmağa çalışan L.Yunus yalnız söyüş söyəndə Azərbaycan dilində danışdığını etiraf edibsə, bu zaman onun Xocalı soyqırımına və orada həlak olan insanların ruhlarına qarşı göstərdiyi hörmətsizliyindən təəccüblənməyə dəyməz. Onu da xatırladaq ki, məhz həmin konfransda da E.Hüseynov, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev və digər sözdə müxalif mövqeli şəxslər də L.Yunusun yanında əyləşərək, həmin ifadələrini alqışlamışdı!
Bu zaman belə bir sual meydana gəlir - “SDİ” rəhbəri Azərbaycan xalqına qarşı Azərbaycanın faciəsinə qarşı saymazyana mövqeyindən dolayı hansısa şəkildə layiqli cəza ala bilməsi mümkündürmü?
Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert: “Onun fəaliyyəti 2013-2014-cu illərdə Azərbaycan dövlətinin əleyhinə beynəlxalq təşkilatların aktivləşdiyi dövrə təsadüf edir”
Xocalı soyqırımı beynəlxalq sferada layiq olduğu hüquqi qiyməti yetərincə almayıb. Xocalı faciəsini 12 ölkə və ABŞ-ın 21 ştatı tanıyır, ancaq bu da yetərli deyil. Məhz bu istiqamətdə Azərbaycan dövləti və xaricdə fəaliyyət göstərən diaspora təşkilatları “Xocalıya ədalət” kampaniyasını qətiyyətlə davam etdirməkdədir. Məhz bu xüsusda mediaya açıqlama verən beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib ki, L.Yunus hazırda bir neçə beynəlxalq təşkilatlarla partnyorluq edir, lakin soyqrımı faktına beynəlxalq miqyasda hüquqi qiymət verilsəydi onda L.Yunusun cəzalandırılması üçün addımlar atıla bilərdi. “O, hazırda Azərbaycanda qaçıb və vətəndaşlıqdan imtina edib. Hazırda ikili vətəndaşlıq üçün çalışır. Hollandiya və Fransa”-deyə qeyd edən Y.Hacıyeva həmçinin bildirib ki, vaxtilə Azərbaycan dövlətində fəaliyyət göstərən QHT rəhbərinə Fransa dövlətinin bu cür yüksək ordenlə təltif etməsi səbəbi barəsində fikirləşmək lazımdır. Beynəlxalq hüquq və münasibətlər üzrə ekpert həmçinin xatırladıb ki, bir QHT rəhbərinə bu orden yalnız xarici kəşfiyyat xidmətləri ilə əməkdaşlığa görə verilə bilər: “Çünki onun başqa beynəlxalq fəaliyyəti yoxdur. Onun fəaliyyəti ancaq Azərbaycan hökumətini ləkələməkdən ibarətdir. Onun fəaliyyəti 2013-2014-cu illərdə Azərbaycan dövlətinin əleyhinə beynəlxalq təşkilatların aktivləşdiyi dövrə təsadüf edir. Bundan başqa onun heç bir fəaliyyəti yoxdur”.
Yeganə Hacıyeva: “Leyla Yunus Cənubi Qafqazda xalq diplomatiyası adı altında ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub”
Y.Hacıyeva vurğulayıb ki, çox nüfuzlu mənbələr onun ermənilərlə işbirliyini təsdiqləyir: “Leyla Yunus Cənubi Qafqazda xalq diplomatiyası adı altında ermənilərlə geniş iş birliyi göstərdiyi üçün deşifrə olunub. Onun cinayyət işinin əsas hissəsi də informasiyaların ötürülməsi ilə bağlı idi. Nəzərə alsaq ki, o Qarabağ müharibəsi dövründə Müdafiə Nazirliyində müəyyən post tutub, bu zaman görünür həmin istiqamətdə fəaliyyətləri olub. O informasiya bolluğundan Azərbaycana qarşı istifadə edib. Çünki başqa dövlətə işləmək artıq öz ölkənə xəyanət etmək deməkdir”.
Beləliklə, fakt budur ki, L.Yunus Azərbaycandan kənarda daha rahat şəkildə ölkəmizin maraqları əleyhinə fəaliyyət göstərir və onun həmin fəaliyyəti yalnız bununla bitmir. L.Yunus əlavə olaraq, şəhidlərimiz ruhlarını təhqir etməklə öz erməniçiliyi ilə murdar xislətini nümayiş etdirir. Lakin bütün bunların da bitəcəyi bir zamanın elə də uzaqda olmadığını deyə bilərik. Qanun və ədalət belə xəyanətkarların başları üzərində domokl qılıncı kimi kəsiləcək. Bax, bundan onların heç biri şübhə etməməlidirlər!
Rövşən RƏSULOV
P.S. Leyla Yunus və Arif Yunus bəlli cinayət əməllərinə görə həbs olunarkən onların Hollandiya yaşayan ermənipərəst qızları Dinara Yunus “Odnoklassniki” sosial şəbəkəsində Dağlıq Qarabağ cəbhəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid düşən əsgərlərimizin ruhlarını təhqir edərək, “Qoy ölsünlər, qırılsınlar” şərhini yazmışdı. Məsəl var,deyirlər, anası gəzən ağacı balası budaq-budaq gəzir…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB