Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfəri başa çatıb

Prezident İlham Əliyevin Ukraynaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri oktyabrın 28-də başa çatıb. Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

SİA-nın məlumatına görə, dövlətimizin başçısı həmin gün Bakıya gəlib. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə