Prezident İlham Əliyev Argentina prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Argentina prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Argentina prezidenti Kristina Fernandes de Kirşnerə başsağlığı verib.

SİA-nın verdiyi xəbərə görə, prezidentin məktubunda deyilir: "Həyat yoldaşınız, Argentinanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Nestor Kirşnerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizə və bütün Argentina xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə