“Ümumiyyətlə, siyasilərin, vətəndaşların, cəmiyyətin də fikri ondan ibarətdir ki, seçkinin növbədənkənar keçirilməsi bütün qanunlara, normalara uyğun atılmış bir addımdır. Çünki cənab Prezidentin belə bir hüququ var idi. İkinci onu söyləyə bilərəm ki, Azərbaycanda seçkinin keçirilməsi üçün yetərincə normal bir mühit, qanunvericilik bazası var. Üçüncüsü, seçkini keçirən orqan Mərkəzi Seçki Komissiyası yetərincə peşəkar bir qurumdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, MSK bütün siyasi qüvvələri, siyasi dairələri və müxtəlif fikirləri dinləyən, onlara qiymət verən demokratik bir qurumdur: “Ümumiyyətlə, bir nüansı qeyd etmək istərdim. MSK-nın sədri Məzahir Pənahov hər dəfə jurnalistlərə, müşahidəçilərə, izləyicilərə hətta təvəqqi şəklində deyir ki, mənə nöqsanları, problemləri göstərin və s. Hesab edirəm ki, prezidentliyə namizədlərin qeydə alınmasında da ən xırda neqativ hal baş verməyəcək. Kim 40 min imzanı toplasa, namizədliyi qeydə alınacaq. Bu mənada düşünürəm ki, Azərbaycanda çox demokratik seçkilər keçiriləcək. Çünki ildən-ilə bu təcrübə artır. Azərbaycandakı demokratik seçkilərə bu gün dünyanın əksər ölkələri həsədlə baxa bilərlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB