Afrində 2018 terrorçu zərərsizləşdirilib

Afrində 2018 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı başlayandan indiyə qədər 2018 terrorçunu zərərsizləşdirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriyanın Afrin şəhərinin şimal-qərbindəki Şeyx Məhəmməd, Dudu, Semalik, Velikli, Kavanda kəndləri terrorçulardan təmizlənib.

Qeyd edilib ki, əməliyyat boyunca türk əsgərləri terroçuları raketlərlə vurub, onların Türkiyə sərhəddi ilə təması kəsilib və Türkiyə Silahlı Qüvvələri Afrində mülki əhaliyə yardım edib. Xatırladaq ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə