“Əli Kərimli, gəl sənə sübut edim ki, sən siyasətçi deyilsən” İRAD
“Ümumiyyətlə, boykot müxalifətin taleyi və həyatıdır. Onlar tək seçkini boykot etmirlər həmçinin silahdaşlarını, dostlarını vaxtilə liderlərini də boykot ediblər. Yəni bu xislətdən doğan bir prosedurdur”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, seçki dövründə də bunlar bir çox vaxtlarda həmin addımı atıblar: “Ən əsası odur ki, həmin addımın heç bir effekti olmayıb. İndi də bəyanat verirlər ki, kütləvi mitinq keçirsinlər. Əgər sənin gücün varsa onu tək seçki dövründə deyil hər an etmək olar. Bunların cəsarəti yoxdur. Onlar sadəcə olaraq xaricə mesaj verirlər ki, biz seçkiyə qatılmırıq. Onların bu dəfəki boykot qərarı seçkiyə, iqtidara, hakimiyyətə yönəlik bir mesaj deyil. Bu erməni lobbisinə və onun əlinin altında olan insanlara yönəlik bir mesajdır. Bunların başında gedən Əli Kərimliyə deyirəm ki, gəl sənin səhifəndə, “Meydan TV”də, “Azadlıq radiosu”nda, “Azadlıq” qəzetində görüşək. Sən az boş-boşuna danış və yalan pafos burax. İnsanları lənətləmə və hədələmə. Bizdə iqtidar nümayəndəsiyik və iqtidarı sevən insanlarıq. Gəl və mən sənə sübut edim ki, sən siyasətçi deyilsən. Sənin qərarlarının hamısı boğazdan yuxarı qərarlardır. Görürsünüz ki, bunlar ancaq öz başdanxarab dəstəkçiləri ilə, ipə-sapa yatmayan, ümumiyyətlə isə həyatdan, dövlətçilikdən xəbəri olmayan 5-10 nəfər qohum-əqrəbadan ibarətdir. “Meydan TV”-yə baxıram və görürəm ki, onlar ağıllarına gələni danışırlar. Bu gün sosial şəbəkədə Orduxan Teymurxanın ermənilərə dəstəyi nitqi yayılıb. Guya ermənilər bizim qəbirlərimizi dağıtmayıblar. Axı bunu bir Azərbaycanlı necə deyə bilər? Bu insanın başqa bir tayı da elə həmin o Emin Millidir. Emin Hüseynovdur, Həbib, Müntəzirdir. Bu şəxslər ermənilərə tam dəstək verirlər. Bu insanların himayəçiləri Əli Kərimli və Milli Şuradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB