“Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərovun Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı suallar qarşısında işğalçı ölkə rəhbəri çaşqınlıq içində qalıb. Hətta Serj Sarkisyanın öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşaraq ona Azərbaycan dilində "Haralısan?" sualını verməklə guya özünün üstün olduğunu göstərmək istəyib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Onun sözlərinə görə, Sarkisyanın suallara verəcək cavabı olmadığına görə, yayınmağa məcbur idi: “Çünki onun başqa deyəcək bir sözü yox idi. Fakt göz qarşısındadır və bütün dünya da bunu bilir. Ermənistan nə qədər təbliğat aparsa da bunun heç bir xeyri yoxdur. Dünya bilir ki, bu fakt işğal faktdıdır və təbiidir ki, Ermənistan bu məsələdə üstün durumda deyil. Ona görə də suala cavab verə bilməyib. Amma Sarkisyan içindəki o qəzəbi, əsəbi, narahatlığı pozmaq üçün faktiki olaraq Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında mövzudan yayınmağa cəhd göstərib. Əslində bununla bir daha onu göstərib ki, ermənilər, xüsusən də Sarkisyanın özü hara getsələr belə bizdən qurtuluşları yoxdur. Yəni Azərbaycan onların həyatlarının bir tərkib hissəsidir. Əgər Sarkisyanın özü Azərbaycan dilində danışırsa bu bir daha onu sübut edir ki, ermənilər faktiki olaraq müstəqil deyillər, ümumiyyətlə, onlar tarix boyu heç vaxt müstəqil olmayıblar. Amma biz ermənilərin dilini öyrənməyə zərurət hiss etməmişik. Çünki hər zaman üstün durumda olmuşuq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB