Transparency International Rusiyanı dünyanın iqtisadiyyatı inkişaf etmiş ölkələri arasında korrupsiya səviyyəsinin ən yüksək olduğu ölkə kimi göstərib. SİA-nın məlumatına görə, təşkilatın bu gün açıqladığı hesabatda Rusiya 178 ölkə arasında 154-cü yerdə göstərilir. Qərargahı Berlində yerləşən təşkilat Rusiyanı dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri arasında korrupsiyanın ən çox yayıldığı ölkəsi kimi müəyyən edib.
Dünya ölkələrində korrupsiya səviyyəsini monitorinq edən təşkilatın hesabatında Danimarka, Finlandiya, İsveç, Niderland və İsveçrə korrupsiya səviyyəsinin ən aşağı olduğu ölkələrdir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB