Ermənistanda yoxsulluq səviyyəsi 35-40 faizə çata bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu proqnozla Ermənistan İşəgötürənlər Birliyinin sədri Qaqik Markaryan ölkədə qiymət artımı dalğasının mümkün nəticələrindən danışarkən çıxış edib.
O qeyd edib ki, Ermənistan hökuməti ölkədəki yoxsulluq göstəricilərinə biganəlik nümayiş etdirir: “Qiymət artımı yoxsul təbəqənin istehlak etdiyi məhsullara şamil olunduğu üçün yoxsulluq həddinin 35-40 faizə çatacağı riski mövcuddur”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB