Sabah Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Həştərxanda görüşəcəklər
Oktyabrın 27-də Rusiya, Ermənistan və Azərbaycan prezidentləri Həştərxanda görüşəcəklər. SİA-nın məlumatına görə, görüşün təşəbbüskarı Rusiya prezidenti Dmitri Medvedevdir. Lakin bu dəfə o kolleqalarını danışıqlar aparmaq üçün Moskvaya deyil, coğrafi cəhətdən Qafqaza daha yaxın olan Həştərxana dəvət edib.
Kremlinin mətbuat xidmətinin rəsmi açıqlamasına görə, üç tərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu görüş ötən əsrdən başlayan və Qafqazın ən acı münaqişəsinin həllinə yönələn çoxsaylı görüşlərdən biridir. Dağlıq Qarabağ mövcud olduğu tarix boyu Azərbaycanın tərkibində olub. Ermənistan ordusunun bu bölgəni işğal etməsinə qədər Azərbaycan dövlətinin bütün hökumət strukturları burada fəaliyyət göstərib. Bura ermənilərin kompakt yaşadığı ərazi sayılır. Lakin Ermənilərin seperatçı əməlləri sayəsində Dağlıq Qarabağ işğal olunub. Bununla da iki ölkə arasında müharibə başlayıb. Yeni müstəqillik qazanan Azərbaycan bunun qarşısını almağa cəhd göstərsə də, xarici qüvvələrin Ermənistana olan dəstəyi onun geri qaytarılmasına nəinki mane olub, hətta ona yaxın olan rayonların işğalına gətirib çıxarıb.
İndiyəqədər Dağlıq Qarabağın müstəqilliyini heç kim qəbul etməyib, Azərbaycan da itirilmiş torpaqlarını geri qaytarmaqda tam qərarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB