Prezident İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olub
Oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev Bakı ticarət limanında aparılacaq köçürmə və yenidənqurma işləri ilə tanış olub. SİA-nın xəbərinə görə, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Bakı ticarət limanının köçürüləcəyini və ərazidə əsaslı abadlıq işləri həyata keçiriləcəyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, Ələtdə yeni Beynəlxalq ticarət limanı inşa olunacaq və əvvəlki ticarət limanının yerində istirahət guşələrinin yaradılması nəzərdə tutulub. Bakı bulvarı hər iki istiqamətə uzadılacaq. Dövlət başçısı bu tədbirlərin sürətləndirilməsi ilə bağlı iclasda tapşırıqlar verib.
Artıq Bakı ticarət limanının bir hissəsinin köçürülməsi və burada aparılacaq abadlıq işləri ilə bağlı prezident İlham Əliyevin tapşırıqlarının icrasına başlanılıb.
İlham Əliyevə görüləcək işlər barədə məlumat verilib.
Qeyd edilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq bu liman yeni əraziyə köçürüləcək. Yenidənqurma işləri çərçivəsində burada paytaxt əhalisinin və respublikamızın qonaqlarının hərtərəfli istirahəti üçün hər cür şərait yaradılacaq.
Bakının digər yerlərində olduğu kimi, ticarət limanının yerləşdiyi ərazidə də ən müasir standartlara uyğun park salınacaq. Hazırda bu istiqamətdə işlərin icrasına başlanılıb.
Prezident İlham Əliyev hazırlıq işlərinin gedişi ilə tanış oldu, tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB