Dağıstan parlamenti Artyom Zdunovun baş nazirlik postuna namizədliyini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu parlamentin təmsilçisi bildirib.
“Fevralın 6-da Dağıstan başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasiliyev Artyom Zdunovun baş nazir postuna namizədliyini parlamentə təqdim edib. Deputatlar bu məsələyə baxaraq onun Dağıstan hökumətinin sədri vəzifəsinə namizədliyini bəyəniblər”-deyə, parlamentin təmsilçisi bildirib.
Artyom Zdunov bundan əvvəl Tatarıstan Respublikası iqtisadiyyat naziri işləyib. Dağıstanın keçmiş baş naziri Abdusamad Qamidov dövlət əmlakını mənimsəməkdə şübhəli bilinərək həbs edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB