® Deputatlığa namizəd Baba Tağıyev seçicilərlə görüşlərini davam etdirir
Milli Məclisə keçiriləcək ceçkilərdə namizədliyini irəli sürmüş Baba Tağıyev seçicilərlə görüşlərini davam etdirir. Məhəmmədi kəndində və Digah qəsəbəsində seçicilərlə görüş zamanı deputatlığa namizəd vurğulayıb: "Mən hələ 90-cı ilin əvvəllərindən ulu öndər Heydər Əliyevin yanında ola bilməsəm də daima onun qoyub getdiyi yolda olan insanam. Mən Azərbaycanda milli dəyərlərin, demokratik dəyərlərin, islami dəyərlərin inkişafı yolundayam".
Məhəmmədi kəndində yerli sakinlərdəndən Əliyeva Təranə, Məlikov Yusifəli və sairləri çıxış edərək namizəd haqqında ürək sözlərini səsləndiriblər. Digah qəsəbəsində isə İsgəndərov Üzeyir, Həşimov Kamran çıxışlarında Baba Tağıyevə səs verəcəklərini bildiriblər və hamını buna dəvət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB