“Afrində türk əsgərləri həm də yeraltı savaş - Tunel savaşı aparır. Bənzər problem bundan əvvəl Sur rayonunda keçirilən daxili təhlükəsizlik əməliyyatında da yaşanmışdır. Türkiyə hərbçiləri bu baxımdan tunel müharibələrində nisbətən təcrübəlidirlər”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, ötən əsrin 70-ci illərində Vyetnam - ABŞ, daha sonra Sovet - Əfqanıstan, ABŞ - ın Əfqanıstana müdaxiləsi, Fələstin, ardınca da Suriyada tunel döyüşlərinə rastlaşılır: “Hazırda ABŞ və İsrail orduları hər il xüsusi təyinatlı qüvvələrə tunel savaşları mövzusunda təlimlər keçirlər. ABŞ hərbi kəşfiyyatı iddia edir ki Şimali Koreyanın altında yüz kilometrlərlə uzanan tunellər mövcuddur və bu tunellərdə döyüş aparmaq ciddi və ixtisaslaşmış hazırlıq tələb edir. Eyni zamanda hərbi sənaye şirkətləri tunel müharibələri üçün yeni avadanlıqlar hazırlayırlar. Bura tunelləri aşkarlayan detektorlar, tunel daxilində kəşfiyyat və döyüş aparan robotlar, tunelləri məhv etmək üçün aviasiya bombaları və s.daxildir.
Heç kimə sirr deyil ki, Qarabağda da bizi bənzər problem gözləyir. "Usta" ermənilərin illərdir düzüb qoşduğu porsuq yuvaları irəlilədikcə ordumuz üçün problem yaşadacaq. Ermənilərin xatirələrini oxuduqca onların Daşaltı, Əsgəran və digər əməliyyatlar zamanı kəndlərin içində hazırladıqları tunellərdən təhlükəsiz və görünmədən hərəkət üçün istifadə etdiklərini görmək olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB