Sənan Nəcəfov: “FB özü saxta profillərlə bəyənilən səhifələri təmizləyir”
Qhtxeber.az portalının baş redaktoru Sənan Nəcəfov “facebook” səhifəsində AXCP sədri Əli Kərimlini ifşa edən paylaşım edib. Belə ki, Ə.Kərimlinin sosial şəbəkələrdə onu tənqid edənləri “hakimiyyətin trolları” adlandırmasına münasibət bildirən baş redaktor statusunda AXCP sədrini blogger adlandıraraq yazıb ki, əslində onun özünün v ətrafının bir hissəsi saxta profillərdən, yəni trollardan ibarətdir. SİTAT: “...Demək blogger Əli Kərimov yenə oğru, troll, "qaytarun səhifəmi", məni CİA izləyir" söhbətləri edib və başdanayağa yalanla dolu status paylaşıb”.
“Maraqlı budur ki, adam torllardan, saxtakarlıqdan dəm vurur, özü bunun bariz nümunəsini nümayiş etdirir”-deyə qeyd edən Qhtxeber.az portalının rəhbəri sual verib və bu sualın cavabını izah edib. Adam hansı halda öz statusunu bəyənə bilər?
1. Özünə aşırı vurğun olduqda (psixi xəstəlikdir)
2. Profili eyni zamanda bir neçə nəfər (trollar yani) idarə etdikdə. Biri status yazır, o biri bəyənirsə və hər ikisi admindirsə ümumi olaraq "Əli Kərimli" kimi görsənir.
İndi hansı versiya üzərində dayanaq?
Yazısının sonunda p.s qeydi edən Sənan Nəcəfov əlavə edib ki, baş verənlərin texniki izahını daha öncədən vermişdi: “Anlamaq lazımdır ki, FB özü saxta profillərlə bəyənilən səhifələri təmizləyir. bax, məsələn mən həm Cəmilin, həm Gültəkinin, səhifəsini bəyənmişəm. Real və aktiv profiləm deyə məni o səhifələri bəyənmədən silməyiblər. Yani saxtakarlığı özünüz edib, başqalarını saxtakarlıqda günahlandırmanız etik deyil, azından”.
Onu da qeyd edək ki, bugünlərdə digər media qurumu - Əli Kərimlinin sədri olduğu AXCP-yə alternative yaradılan AXCP-nin sədri Razi Nurullayevin nəzarətində olan saytı saxtakarlığı ifşa edib və cəbhəçilərin yalnız trollardan ibarət olduğunu qeyd edib. Daha dəqiq desək, yanlışlıqla “yurd”çulara gizli qrupda verilməli olan tapşırığın sosial şəbəkədə hər kəsə açıq şəkildə paylaşıldığını sübut edən fotonun yerləşdirildiyi informasiya bölümündə bildirilir. “Beləliklə, bu dəfə də Əli Kərimli və trolları şəbəkə istifadəçilərinin gülüş obyektinə çevrilib”-deyə qeyd edilən məlumatda bildirilir. SİTAT: “Qeyd edək ki, paylaşımda Əli Kərimlinin bir azdan canlı yayıma çıxacağı göstərilir və tapşırıqlar verilir: “Əli Kərimli 25-30 dəqiqə sonra öz səhifəsinə canlı yayıma çıxacaq. Yayımı dərhal paylaşmalı, müzakirələrdə aktiv iştirak etməliyik. Yaxşı olar ki, şərhlərdə Milli Şuradan “ümumxalq mitinqləri çağrılsın” tələbləri irəli sürülməklə ictimai rəyi formalaşdıraq”.
Göründüyü kimi, Ə.Kərimlinin trolları onun saxtakarlığını daha çox ifşa edir və maraqlısı da budur ki, AXCP sədri onu və ətrafını tənqid edənləri “saxtakar” adlandırmaqla özünün saxtakar olduğunu bariz şəkildə isbatlayır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB