MSK-nın Prezident seçkiləri ilə bağlı ilk iclası keçirilir YENİLƏNİR

MSK-nın Prezident seçkiləri ilə bağlı ilk iclası keçirilir YENİLƏNİR

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkiləri ilə bağlı ilk iclası keçirilir.

SİA-nın verdiyi məlumata görə, iclas MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilir və gündəlikdə duran məsələlər müzakirə edilir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə