Ermənistan parlamentinin sədri Dağlıq Qarabağın tanınması ilə bağlı sənədi müzakirə etməyə söz verdi

Ermənistan parlamentinin sədri Dağlıq Qarabağın tanınması ilə bağlı sənədi müzakirə etməyə söz verdi

Ermənistan "İrs" Partiyasının "Dağlıq Qarabağ Respublikasının" tanınması ilə bağlı parlamentə təqdim etdiyi qərar layihəsi hələ ki, dəstək qazanmayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Parlamentin bu gün başlanan növbəti sessiyasında "İrs" Partiyasının sədri Raffi Ovannisyan qərar layihəsinin birinci oxunuşda qəbulunu təklif edib.

 

Parlament sədri Hovik Abrahamyan isə layihəni səsverməyə təqdim etməzdən əvvəl parlament koalisiyası ilə müzakirələr keçirməyi təklif edib. O, 4 günlük sessiya çərçivəsində qərar layihəsini səsverməyə çıxaracağına söz verib.

 

Jurnalistlərə açıqlamasında R.Ovannisyan bildirib ki, sənədin qəbulu heç bir halda Dağlıq Qarabağ sülh danışıqlarına mənfi təsir göstərməyəcək: O, qeyd edib ki, parlament əksəriyyətinin dörd günlük sessiya müddətində "İrs" Partiyası ilə bütün problemləri müzakirə etməyə söz verməsi diqqətəlayiqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə