Ərdoğan Roma Papası I Fransiski ilə nəyi müzakirə edib?

Ərdoğan Roma Papası I Fransiski ilə nəyi müzakirə edib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfər edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər Roma Papası I Fransiskin dəvəti ilə baş tutur. Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidentidir.

Hazırda onun Roma papası ilə təkbətək görüşü keçirilir. Görüşdə əsasən ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının müzakirə edildiyi bildirilir.

Ərdoğan səfər çərçivəsində həmçinin İtaliya prezidenti Sergio Mattarella və Baş nazir Paola Centilioni ilə də görüşəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə