"Başqa ölkələrin vətəndaşları Azərbaycanda hərbi xidmətə cəlb edilir" İDDİA
Milli Məclisin deputatı Aqil Abbas parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Azərbaycanda başqa ölkə vətəndaşının hərbi xidmətə cəlb edilməsi faktından danışıb və bunun araşdırılmasını istəyib. SİA-nın verdiyi məlumata görə, deputat qeyd edib ki, Gürcüstan vətəndaşı olan və Azərbaycanda olan hərbi xidmət yaşında olan gənclər burada əsgərliyə aparılır, müddətli hərbi xidmətə cəlb edilir: "Bu, ciddi məslədir və araşdırılması lazımdır. Mən demirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıları gətirib vətəndaş edək, xeyr. Amma bunun bir çarəsinə baxılmalıdır".
Məsələyə cavab olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli belə bir faktın olması barədə eşitmədiyini deyib: "Mən inanmıram ki, başqa bir ölkənin vətəndaşı Azərbaycanda hərbi xidmətə cəlb edilsin. Bu, ciddi iddiadır. Bütün hallarda biz bunu araşdıracağıq, araşdırdıqdan sonra cavab verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB