"ABŞ İraq müharibəsi zamanı insan haqları pozuntularına göz yumub"
Son zamanlarda yayımladığı gizli sənədlərlə Pentaqonun başını ağrıdan "Wikileaks"internet saytı yeni iddialar ortaya atıb. SİA-nın məlumatına görə, saytda qeyd olunur ki, ABŞ İraq müharibəsi zamanı polisin və hərbçilərin məhbuslarla pis davranışından xəbərdar olmasına baxmayaraq istintaq başlatmayıb.
Sayt İraq müharibəsinə dair 400 min gizli sənədi ictimaiyyətlə bölüşüb.
"Wikileaks" bəzi media orqanlarının saytdakı sənədlərdən istifadə etməsinə də izin verib. "Guardian" qəzeti ilə "Əl Cəzirə" televiziyası bu sənədlərin ABŞ qüvvələrinin İraqdakı insan haqları pozuntularını görməməzliyə vurduğunu sübut etdiyi haqda xəbər yayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB