Tahir Kərimli: "Faciəmiz günü də Əli Kərimlinin şou yaratmağa çalışması onun bütün kreteriyaları aşdığını göstərir"
Müsahibimiz Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimlidir
- Tahir bəy, 20 Yanvar faciəsinin ildönümü günü Əli Kərimli şou yaratmağa cəhdlər göstərdi. Faciəmiz günü də Ə.Kərimlinin bu cür mövqe sərgiləməsi artıq onun bütün kreteriyaları aşdığını demək olar?
- 20 Yanvar elə bir gündür ki, həmin gün iqtidar müxalifət fərqi olmalı deyil. Şəhidlər Xiyabanında yatan şəhidlərimizin müqəddəs ruhu qarşısında hər kəs susmalıdır, əsasən də, müxalifət düşərgəsini təmsil edən şəxslər. Yəni 20 Yanvar faciəsinin il dönümü günündən müxalifət partiya sədrləri bundan öz məqsədləri üçün istifadəm etməməlidirlər. Bir sözlə, 20 Yanvar faciəsinin ildönümü günü Şəhidlər Xiyabanına şəhidlərimizi ziyarətə gələn insanların diqqətini özlərinə cəlb edərək qəti şəkildə düzgün olan bir hal deyil. Faciəmiz günü də Ə.Kərimlinin şou yaratmağa çalışması onun bütün kreteriyaları aşdığını göstərir. Özlərinin sosial bazasını itirdikləri halda müxalifət təzədən şəhidlər xiyabanını ziyarətə gələn insanlardan faydalanmaq istəyiblər. Amma onlar başa düşmürlər ki, müxalifətçilər belə hərəkətlərə əl ataraq xalqın gözündən daha da düşürlər. Qəti şəkildə olaraq biz bunu pisləyirik. Bununla belə, əminliklə demək olar ki, Ə.Kərimli və onun ətrafında olanlar nə isə bir şou yaradaraq özlərinə siyasi divident qazana bilməzlər. Çünki Ə.Kərimli cəmiyyətdə qəbul edilmir. Onun anormal əməlləri ikrah doğurur. Müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən heç bir sosial bazası yoxdur və onların hər hansı bir məsələni gündəmə gətirməklə heç vaxt uğur qazana bilməyəcəklər.
- Əli Kərimlinin seçkilərdə namizəd qismində çıxış etməsi nə dərəcədə onun üçün uğurlu olacaq?
- Müxalifət qəbul etməlidir ki, onların hakimiyyətə gəlməsi mümkün olan məsələ deyil. Çünki xalq tərəfindən onların heç bir dayağı yoxdur. O cümlədən də, müxalifət düşərgəsində partiyalar arasında ciddi ixtilaflar mövcuddur. Belə olan halda, onlar hansı ümidlə gələcəyə baxırlar. Sadəcə olaraq, qurduqları xəyallar ətrafında danışmağı xoşlayırlar. Çünki müxalifət bir-birinə qarşı səmimi deyillər. Bu baxımdan da, onlar uğura doğru deyil, bataqlığa istiqamət almaqdadır.
- İsa Qəmbər və Əli Kərimli özlərini müxalifət düşərgəsində ən şanslı namizədlər hesab edirlər. Bu barədə deyə bilərsiniz?
- Ümumiyyətlə, bu gün müxalifətdə olan hər bir partiya sədri özünü bu il keçiriləcək prezident seçkilərində şanslı namizəd kimi görür. Mümkün deyil ki, İ.Qəmbər və Ə.Kərimli özünü müxalifətin ən şanslı namizədi kimi görsün. Ümumiyyətlə, insanın özü haqqında təkəbbürlü olması düzgün qəbul olunan hal deyil. Demək olar ki, radikal müxalifət düşərgəsində olan şəxslərin hər biri bir-biri ilə mübarizə aparırlar. Bu da onların sıradan çıxmasına dətirib çıxaran amillərdəndir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB