"Uzun illər boyu terrordan əziyyət çəkən Türkiyənin "bıçaq sümüyə dirəndiyindən" məcburən Suriyaya ordu hissələrini yeritməsi BMT nizamnaməsinə tamamilə uyğundur, özünü müdafiə etmək məqsədi güdür". SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, təkcə Türkiyə Cümhuriyyəti dövləti deyil, özünə hörmət edən hər hansı bir dövlət sərhədləri boyunca terror dəhlizinin yaradılmasına seyrçi qala bilməz: "Hesab edirəm ki, əməliyyatın aparılmasından öncə Türkiyə geniş diplomatik hazırlıqlar aparıb. Bu hərəkatın təkcə hərbi deyil, eyni zamanda siyasi, diplomatik tərəfləri vardır. Bunsuz Türkiyə dövləti hərbi əməliyyata başlamazdı".
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB