Lənkəran şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün kompyuter texnologiyaları ilə bağlı təlim məşğələləri keçirilib.
SİA-nın cənub bürosunun məlumatına görə, təlimlərdə Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Sabirabad, Füzuli, Cəbrayıl, Saatlı, İmişli və Beyləqan rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları iştirak edib.
Təlim zamanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Lətifə Məmmədova və Samir Abbasov, Respublika Mədəniyyət Müəssisələri İşçiləri Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli Sərəncamına və 2008-ci il 6 Oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə kitabxana-informasiya sahəsində görülən işlərə toxunulub.
Bildirilib ki, bu dövrdə ölkədə 38 kitabxanaın veb-saytı yaradılıb, 17 kitabxanada avtomatlaşdırılmış kitabxana-informasiya sistemi quraşdırılıb, elektron kataloq və elektron kitabxanaların yaradılması üçün əməli işlər həyata keçirilib.
Beş gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB