Nazir Füzuli Ələkbərov Lənkəranda olub

Nazir Füzuli Ələkbərov Lənkəranda olub

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Lənkəran Regional Əlillərin Bərpa Mərkəzində olub. SİA-nın cənub bürosunun məlumatına görə, Mərkəzin iş fəaliyyəti ilə tanış olan nazir bildirib ki, ötən il Nazirliyin regional bərpa mərkəzlərində 5519 xəstə müalicə olunmuşdursa, bu ilin 9 ayı əzrində müalicə alan xəstələrin sayı 6280 nəfərə çatıb.

Nazir həmçinin əlavə edib ki, ötən ilin 9 ayı ərzində respublika üzrə 18 min 255 nəfərdə ilkin əlillik qeydə alındığı halda, bu ilin analoji dövründə bu rəqəm 16 min 654 nəfər təşkil edib. Bu ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 9 minə yaxın xəstə tam reabilitasiya müalicəsi alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 min nəfər artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə