ABŞ Prokurorluğu və Zərrab arasında gizli sövdələşmə DETALLAR

ABŞ Prokurorluğu və Zərrab arasında gizli sövdələşmə DETALLAR

ABŞ-ın Nyu-York şəhərində 7 müxtəlif cinayətlərə görə saxlanılan Rza Zərrabın prokurorluqla əldə etdiyi razılaşmanın detalları ortaya çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, rəsmi olaraq ilk dəfə açıqlanan sənədə əsasən, Zərrab və ailəsi tələb etdikləri təqdirdə "Şahid Qoruma Proqramına" alınacaq və eyni zamanda yeni şəxsiyyət vəziqələri əldə edə biləcəklər.

Prokurorluqla əldə olunan razılaşma mətnində Zərrabın 7 müxtəlif cinayətinə görə, ümumi cəzasının 130 il olduğu, lakin nə qədər müddətinə cəza veriləcəyi isə məhkəmənin qərarı əsasında təyin ediləcəyi qeyd olunur. Prokurorluq və Zərrab arasında əladə olunan razılaşma şərtlərinə görə, prokurorluq Zarrabın istintaq və məhkəmə proseslərində layiqli iştirak etdiyi qənaətinə gəldiyi üçün məhkəməyə ona veriləcək cəzanın yüngülləşdirilməsini tələb edən ərizə təqdim edəcək.

Bildirilir ki, ABŞ-da mühakimə olunan bir şübhəlinin prokurorluqla əməkdaşlıq etməsi nəticəsində istintaq və məhkəmə prosesinə əhəmiyyətli fayda verib, verilən ifadələr tam şəkildə düzgün olduğu üçün bu məlumatlar əsasında digər şübhəlilər haqqında istintaqın başlanmasına şərait yaradıb.

Prokurorluq və Zərrab arasında əldə olunan anlaşmaya əsasən, məhkum və ailəsi lazım olduğu təqdirdə "Şahid Qoruma Proqramı"na alınacaq və yeni şəxsiyyət vəsiqələri əldə edə biləcəklər. Bununla bağlı yazılı müraciət yayımlayan Zərrab özünün, ailəsinin və sevdiklərinin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atıldığını açıqlamış olub.

Müqavilədə, Zarrabın başqa cinayətlər işləməsi, səhv, yalan və ya natamam ifadələr verməsi, razılaşmanın şərtlərinə əməl etməməsi nəticəsində razılaşmanın rədd ediləcəyi və Zərrabın normal şərtlər altında mühakimə olunacağı qeyd olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə