Edvard Nalbandyan: “Türkiyə ilkin şərtsiz prosesi irəliyə aparmağa hazır olduğu vaxt, Ermənistan da hazır olacaq”

Edvard Nalbandyan: “Türkiyə ilkin şərtsiz prosesi irəliyə aparmağa hazır olduğu vaxt, Ermənistan da hazır olacaq”

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti dəfə Türkiyəni ittiham edib. SİA-nın xəbərinə görə, E.Nalbandyan ABŞ-ın "The Wall Street Journal" qəzetinə yazdığı məqalədə Türkiyəni sözünün üstündə durmamaqda və ikiüzlülüklə ittiham edib. Erməni nazir qeyd edib ki, türk liderləri bir tərəfdən özlərini sözünü tutma qanununa hörmət göstərirmiş kimi göstərir, digər tərəfdən isə Sürixdə şəxsən imzaladıqları razılaşmaları təsdiqləməkdən və reallaşdırmaqdan boyun qaçırırlar: "Görünür, fərqli dillərdən danışırıq. Türkiyə yalnız iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanan protokolları təsdiqləməkdən imtina etməklə yanaşı, müddətin yenidən canlanması üçün də ortaya ilkin şərt qoyur. Bu nə deməkdir? Onlar heç bir ilkin şərtin olmadığını iddia edirlər, sonra da yalnız bunu yerinə yetirməli olduğumuzu söyləyirlər. İlkin şərtin olmadığı budur?".

 

Ermənistan XİN rəhbərinin sözlərinə görə, Türkiyə erməni-türk prosesinin nizamlanmasını Dağlıq Qarabağ probleminin həlli ilə bağlamağa çalışır: "Ermənistan və Türkiyə arasında danışıqlar protokolların imzalanması ilə başa çatdı. "Nə "səssiz diplomatiya", nə "İkinci Sürix dövrü", nə də danışıqların hər hansı bir yeni mərhələsi var. Türkiyə ön şərtsiz prosesi irəliyə aparmağa hazır olduğu vaxt Ermənistan da hazır olacaq. Onlar Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi qismində çıxış etmək istəyirlər, lakin həll variantının tapılması üçün azərbaycanlı və ermənilər arasında birbaşa danışıqlar aparılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə