Umud Rəhimoğlu: “Onlar hakimiyyətə necə gəliblərsə o cür də gedəcəklər” MÜNASİBƏT

Umud Rəhimoğlu: “Onlar hakimiyyətə necə gəliblərsə o cür də gedəcəklər” MÜNASİBƏT

“Bu gün Ermənistandakı gənclərin Qarabağ ərazisində hərbi qulluğa cəlb olunması və orada öldürülməsi, itkilərə məruz qalması artıq bütün Ermənistan camiyəsində ortaya çıxmış bir məsələdir. Bu məsələləri atalar, analar, öldürülən əsgərlərin yaxınları danışır”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Sədrin sözlərinə görə, rəsmi İrəvan sonu görünməyən bir işğalın fərqindədir: “Bilirlər ki, bu artıq perspektivi olmayan, uğursuz işğal prosesidir. Ermənistandakı itkilər də erməni xalqı üçün ziyanlı prosesdir”.

U.Rəhimoğlu əlavə edib ki, bu gün Ermənistanda hakimiyyətə gələn Serj Sarkisyan işğalçı bir rejimin rəhbəridir: “Bu şəxs Qarabağ iddiası ilə hakimiyyətə gəlib. Bütövlükdə hakimiyyəti işğal etmiş böyük bir qruplaşmanın sonu heç də xoşagələn deyil. Yəni onlar hakimiyyətə necə gəliblərsə, o cür də gedəcəklər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə