Tümendə azərbaycanlılar və ermənilər arasında atışma olub

Tümendə azərbaycanlılar və ermənilər arasında atışma olub

Rusiyanın Tümen şəhərində azərbaycanlılar və ermənilər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mübahisə zəminində kütləvi dava baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, milliyətcə erməni olan tələbə təhsil aldığı 16 saylı məktəbə üstündə "Bizim Qarabağ" yazısı olan idman köynəyi ilə gəlib. Bu da azərbaycanlı gənclərin xoşuna gəlməyib. Münaqişə atışma səviyyəsinədək yüksəlib.

 

Tərəflərdən biri travmatik tapança ilə silahlanıb. Belə ki, münaqişə zamanı bir nəfər qulağından güllə yarası alıb. Mübahisənin növbəti, yəni əlbəyaxa hissəsi isə baş tutmayıb. Məsələyə hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər. Etnik işlər üzrə vilayət komitəsi gəncləri sakitləşdirmək üçün Azərbaycan və erməni diasporunun liderlərini bir masa arxasına toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə