Dayanmayan Avropa qərəzi AKTUAL

Yaqland həyasızlığının son həddi AŞPA-nın Azərbaycanı itirməsi ilə nəticələnəcək!

AŞPA-nın baş katibi, son zamanlar Azərbaycana qarşı aşırı qərəzi və şantajları ilə hücum edən, xüsusilə ermənipətəstliyi ilə seçilən Turbyern Yaqland rəhbərliyindən sui-istifadə edərək, təzyiqlər vasitəsi ilə Azərbaycana qarşı daha iki sənəd qəbul edib. Belə ki, adıçəilən qurum qarşısında Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı qətnamə səsvermədə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

Guya sənədlər, sən demə, "anti-Azərbaycan və ya anti-müsəlman bir addım deyil"miş...

Onu da xatırladaq ki, Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabatlar üzrə dinləmələr keçirildikdən sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Eyni zamanda, çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışmaqla yanaşı, hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. Belə ki, S.Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib. "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk”-deyə qeyd edən Şennax əlavə edib ki, o və digər nümayəndələr Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə ediblər: “Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq".

Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib və Şennax hesabatı təqdim edərkən bildirib ki, Azərbaycan hökümətinə polis fəaliyyəti, polisdə gender balansı barədə tövsiyələr verilib. Şennax onu da vurğulayıb ki, Azərbaycan hökuməti ilə böyük irəliləyişlər əldə edilib.

Lakin Azad Demokratlar Grupundan olan Sergio Divina ölkəmizi ifrat dərəcədə tənqid etməməyə çağırıb. "Hər kəs özü özünə uyğun olan hökumət seçir, qüvvələr ayrılığının tənqidi yersizdir, çünki Azərbaycanın mədəniyyətini nəzərə almaq lazımdır. Bu səbəbdən "Azərbaycana qarşı hər hansı bir sanksiya və ya cəza olmamalıdır"-deyə Divina vurğulayıb.

Açıq-aşkar erməni lobbisinin sifarişi əsasında çıxış edən və bu lobbi vasitəsilə satın alındığı güman edilən sosialist deputat Konstantinos Efstathiou isə Azərbaycana qarşı daha sərt addımlara çağırıb. Belə ki, guya sənədlər, sən demə, "anti-Azərbaycan və ya anti-müsəlman bir addım deyil"miş. "Bu Azərbaycan xalqının xeyrinədir"-deyə sözlərinə haqq qazandırmağa cəhd edən bu avropalı ermənipərəs, əslində Azərbaycan xalqına və ümumiyyətlə, müsəlman ölkələrə qarşı nə qədər dözümsüz olduğunu sübuta yetirmiş olub.

Görünür, ölkəmizin siyasi əxlaqa və diplomatik etikaya riayət etməsi sonda AŞPA-da başqa cür qəbul olunur və ölkəmiz sürəkli təzyiqlərlə, pressinqlərlə qarşı-qarşıya qalır

Bu isə eyni zamanda belə qənaətə gəlməyə zəmin yaradır ki, AŞPA müxtəlif tribunalarda - mediada və s. vasitələrdə Azərbaycanla münasibətdə dialoqa tərəfdar olduğunu desə də, qurumun sədri Turbyorn Yaqlandın ölkəmizə qarşı aşkar antipatiyasının mövcudluğu, onun xalqımıza, ümumiyyətlə, dövlətçilik quruluşumuza qarşı nifrət üzərində köklənmiş mövqe tutur. Hətta o bir az da irəli gedərək, əsl erməni və ermənipərəst avropalı həyasızlığı sərgiləyərək, AŞPA-nın kuluarlarında "Azərbaycanı mütləq cəzalandırmaq gərəkdir" ifadələrini önə sürüb!

Məhz bu zaman Azərbaycan xalqı AŞPA-nın dialoq tərəfdarı olması barədə bəyanatlarının səmimi olmadığını bir daha yəqinləşdirir və Qərbdə fəaliyyət göstərən imkanlı erməni lobbisinin pullarına satıldığını aşkar çıxarır. Əks halda, bənzər fikirlərin AŞPA kimi siyasi qurumun rəhbəri tərəfindən səsləndirilməsi baş verməzdi.

Yeri gəlmişkən, onu da xatırladaq ki, rəsmi Bakı AŞPA-da səslənən konstruktiv tənqidləri heç vaxt rədd etməyib. Görünür, ölkəmizin siyasi əxlaqa və diplomatik etikaya riayət etməsi sonda AŞPA-da başqa cür qəbul olunur və ölkəmiz sürəkli təzyiqlərlə, pressinqlərlə qarşı-qarşıya qalır.

Bundan başqa, zaman keçdikcə siyasi marionet təsiri bağışlamağa başlamış ermənipərəst Yaqland Qərbin sanksiyalar tətbiq etdiyi Rusiya ilə əlaqələri normallaşdırmağa cəhd edərək Moskvaya dalbadal 5 səfər edibsə, Azərbaycanla bağlı məsələlərdə düşmənçilik və qərəz mövqelərindən çıxış edir.

AŞPA-nın qərəzini sübuta yetirən daha bir amil sənədlərdə Azərbaycanın həyata keçirdiyi islahatların, gördüyü işlərin əks olunmamasıdır. Məsələn, yüzlərlə məhbus əfv olunub, amma nə hesabatda, nə də qətnamələrdə bu, qeyd olunmayıb. Ölkəmizdə müxalifət istədiyi vaxt aksiyalar və mitinqlər keçirir və bu amilə də toxunulmur (?!-R.N.) Bunun yerinə isə açıq mənbələrdən alınan məlumatların hesabata daxil edilməsi əsl absurdluq hesab edilə bilər və burada erməni lobbisinin izi növbəti dəfə görünməyə başlayır.

Azərbaycan öz inkişafı və tərəqqi, eləcə də demokratiya strategiyası ilə heç də AŞPA sıralarında qalıb ürək bulandıran “tövsiyələri” dinləmək marağında da deyil

Bu zaman belə bir sual yaranır - nədir ermənipərəst, marionet və korrupsiyaçı- rüşvətxor Yaqlandın istəyi?

Əlbəttə, ölkəmizin AŞPA-dan çıxarılması məsələsini utanıb-qızarmadan dilinə gətirən T.Yaqlandın nəzərdə tutduğu addımı yenə bu istiqamətdədir.

Beləliklə, müzakirələrdən və səsvermədən sonra qəbul edilən sənədlər siyasi motivasiyalı, reallıqdan və Azərbaycandakı gerçək durumdan çox uzaq, qərəzli və subyektiv olduğundan heç bir halda Bakı sözügedən sənədlərlə əsla razılaşa bilməz. Çünki AŞPA-da bu gün gerçəkləşdirilən, ssenari müəlliflərindən birinin T.Yaqland olduğu kabare-şou Avropa Şurasının siyasi azadlıqları təcəssüm edən fundamental siyasi və humanist dəyərlərdən, vətəndaş azadlıqları və dövlətlə fərd arasındakı münasibətlərin məcmusunun çağdaş formatından uzaq olay olduğunu göstərdi.

Yeri gəlmişkən, bu gün Azərbaycan öz inkişafı və tərəqqi, eləcə də demokratiya strategiyası ilə heç də AŞPA sıralarında qalıb ürək bulandıran “tövsiyələri” dinləmək marağında da deyil. Yaxşı olardı ki, Yqalanda ermənilərin sifarişini həyata keçirərkən, sonrakı aqibətini düşünsün. Çünki ölkəmizə qarşı ədalət və demokratik prinsiplər çərçivəsində yanaşan avropalı deputatlar onun yaxasından yapışaraq, etibarlı üzvə qarşı hansı səbəbdən belə davranmasının hesabını sora bilərlər.

Ümumiyyətlə, Turbyorn Yaqlandın özü öz siyasi karyerası barədə narahatlıq keçirməlidir ki, aşkar lobbi korrupsiyasının iş icraçısına çevrilib. Çünki Azərbaycana qarşı qərəzçilik və şantajlar püskürən Yaqlanddan bu reallıqları da xatırlamağa məhkumdur:

1. AŞPA-dakı bugünkü burleskdə "Azərbaycan niyə REAL hərəkatının sədri İlqar Məmmədovla bağlı qərarı icra etmir?" ritorikası xüsusilə güclü idi. Halbuki, Avropanın bir sıra aparıcı ölkələrində sırf siyasi məqsədlərinə görə həbs olunan yüzlərlə insan var və hələ də onların məhkəmələri “havadan asılı” qalmaqda davam edir.

2. AŞPA üzvü olan Britaniya ümumiyyətlə, bu qurumun məhkəmə qərarlarını adi kağız parçası sayır.

3. Rusiya ölkənin məhkəmə sistemini AŞPA-ınn və Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarından üstün tutur, yəni icra etmir.

4. Moldova AİHM-in qərarlarını 10 ildən bəri vecinə almır.

5. Fransa, İtaliya, Rumıniya, Portuqaliya, Polşa və daha 12 ölkədə son illərdə AİHM-in 10000 (!) qərarı icra olunmayıb.

Və ən nəhayət, işğalçı siyasət yürüdən, terrorizmi və s. cinayətkarlıq üsullarını dövlət siyasətinə çevirən Ermənistan AŞPA-nın və AİHM-in qərarlarına, qətnamələrinə nəinki əməl etmir, hətta ümumiyyətlə, heç tüpürmür də!

2008-ci ildəki prezident seçkilərində gülləbaran, Ermənistan müxalifətçilərinin 2011-ci ildə kütləvi həbsləri, İrəvanda "Sasna Srer"ə qarşı əməliyyat - Ermənistanla bağlı 162 qərar var, amma nədənsə, onların heç biri heç biri icra edilməyib.

Habelə, Azərbaycana qarşı edilən tələblər müqabilində AŞPA insan haqlarını əsas gətirərək, Azərbaycan ərazisinin 20 faizini işğal etmiş işğalçı Ermənistandakı durumu müzakirə etməliydi, amma etmədi. Çünki sifarişçi elə erməni lobbisinin özüdür. Bu sifarişin rüşvətxor və korrupsiya bataqlığına düşənlər isə T.Yaqland və onun ətrafındakı bir neçə dəstəkçiləridir.

Sonda isə bizləri belə bir sual düşündürür: Nəyə görə Azərbaycan AŞPA-nın üzvü olaraq qalmaqdadır? Aşkar düşmən mövqeyindən çıxış edən bir qurumda qalmaq bu qədərmi vacibdir? Hər halda, Azərbaycan növbəti dəfə öz qətiyyətlik prinsipini ortaya qoyaraq Yaqlanda başda olmaqla onun yan-yörəsindəkilərə dərs verməli olacaq!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə