Biləsuvarda YAP-ın 25-ci ildönümü ilə bağlı tədbirlər davam edir
Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Biləsuvar rayon təşkilatında silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Tədbirlərin davamı olaraq məktəblilər arasında şahmat turniri keçirilib.
Turnirdə YAP Biləsuvar rayon təşkilatı idarə heyətinin üzvü Əjdər Niftiyev partiyanın yaranma və keçdiyi tarixi yolundan söz açıb. O,Yeni Azərbaycan Partiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin böyük rolunun olduğunu qeyd edərək, Yeni Azərbaycan Partiyasının regionda ən qüdrətli partiya olmaqla yanaşı, həm də beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu qeyd edib.
Sonra şahmat turnirinə start verilib. Sonda turnirdə qalib gələnlər YAP Biləsuvar rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.
R.Hüseynova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB