Dağlıq Qarabağ "parlamenti"nin sədri Aşot Qulyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-da səfərdədir. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, o, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke ilə görüşüb.
Məlumatda bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqlarının hazırkı vəziyyətini müzakirə ediblər. Görüşdə vasitəçilərin fəaliyyəti ilə bağlı fikir mübadilələrin aparıldığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB