Bu gün bütün dünya İspaniyanın ən həssas bölgəsi olan Kataloniya vilayətində baş verən referendum və onun nəticələrini müzakirə edir. Kataloniyanın İspaniyanın ən həssas bölgəsi olmasını o baxımdan qeyd etdik ki, Azərbaycan bu vilayəti İspaniyanın tərkib hissəsi kimi tanıyır və heç bir separatçılıq meyillərini qəbul etmir.
Kataloniyada höküm sürən siyasi vəziyyət Azərbaycan xalqına yaxşı tanışdır. Avropa isə separatizimin əsl üzü ilə daha indi tanış olur. Əslində separatizmin əsası 20-ci əsrin sonlarında ermənilərin Dağlıq Qarabağı işğal etməsi ilə qoyulub. Və bu gün Dağlıq Qarabağda baş verənlər bəşəriyyətə pis nümunədir. Azərbaycanlılar Qarabağ münaqişəsi ilə ikili standartlar terminini də qavradı. Anladıq ki, Aropanın siyasiləri tərəfindən deyilən başqa, əməl başqadır. Bəzi avropalı parlamentarilərin səyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinə “demokratiya”, “xalqların öz müqəddəratını təyin etmə” kimi saxta adlar verildi. Bakı bu gün də bir tərəfdən Azərbaycan torpaqlarına göz dikən Ermənistanla, digər tərəfdən işğalçıya dəstək verən erməniləşən müəyyən qurup avropalı siyasətçilərlə mübarizə aparır.
Beynalxalq təşkilatar, dünya birliyi dövlətlərin ərazi bütövlüyünə sözdə yox, əməldə dəstək versəydi çox güman ki, ölkələrin sərhədlərini bölmək meyilləri artmazdı. Lakin əsas siyasi qüvvələr, aparıcı ölkələr susmağa üstünlük verdi. Üstəlik tarix boyu Azərbaycan ərazisi olan Dağlıq Qarabağ bir sıra iri dövlətlərin vilayətləri tərəfindən “müstəqil ölkə” kimi tanındı. İndi Azərbaycana qarşı ədalətsiz yanaşma avropada və dünyada baş qaldırır. “Müstəqillik” adı altında "Qoca qitə"nin bölünməsi prossesi başlayıb. Bəli, sözün hər mənasında Kataloniya referendumu Avropanın parçalanmasına aparan ilk addımlarıdır. Düyməyə basılıb.
Reallıq ondan xəbər verir ki, separatizim digər ölkələr üçün də əsl təhlükə mənbəyinə çevrilib. Vəziyyəti dəyişmək gec deyil. İlk addım kimi separatçılıq meyillərini yayan xalqlar müəyyənləşməli və adları ilə çağrılmalıdır. İkili yanaşma yox, şəffaf siyasət yürüdülməlidir. Separatizim sindiromundan qorunmaq üçün başqa alternativ yoxdur. Ermənistan kimi düşünmək tək yaşanılan çoğrafiyanı deyil, yer kürəsini sonu olmayan savaşa sürükləyə bilər.
Dağlıq Qarabağın “müstəqilliyinə” gəlincə, Azərbaycan heç zaman öz ərazilərində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək. Bunu Prezident İlham Əliyev də dəfələrlə bəyan edib. Son aprel döyüşləri isə Bakının qətiyyətini nümayiş etdirdi.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB