“Türkiyədən olan bir qrup ziyalının “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa səfər etməsi, qrup üzvlərinin anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndirməsi təxribat xarakterlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycan ictimaiyyətində təəccüb, böyük narahatlıq və hiddətlə qarşılanıb və belə bir addım təhlükəli bir addımdır:
"Bu cür şəxsləri ziyalı adlandırmaq çox çətindir. Türkiyədə belə hərəkətlərə düzgün qiymət verməyə qadir olan insanlar var və həmin insanlar bu ziyalıların hərəkətinə qiymət verəcəklər. Düşünürəm ki, bu Erməni lobbisinin yeni təxribatlarından biridir. Təəsüflər olsunki türkiyə vətəndaşlarının arasında da belə təxribata qoşulan insanlar var. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı Türkiyə hökumətindən ciddi tədbirlər görülməsini səbrsizliklə gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB