Ermənistan diplomatiyası – süquta doğru ANALİTİK

Ermənistan diplomatiyası – süquta doğru ANALİTİK

“ATƏT-in Minsk qrupunun həmsədrləri bugünlərdə Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Sarkisyan-Əliyev görüşünə hazırlığa başlamaları ilə bağlı bəyanat səsləndiriblər”. SİA xəbər verir ki, bu barədə 1in.am saytının analitika şöbəsi yazır və sözügedən şərhdə bildirilir ki, həmin bəyanat ümumi şəkildə səsləndirilib və burada heç bir diplomatik sətiraltı yoxdur, yalnız faktlar ortaya qoyulub.

Beləliklə, hazırda erməni siyasi dairələrini narahat edən əsas məqam budur ki, vaxt işğalçı ölkənin deyil, məhz Azərbaycanın xeyrinə işləyir. Daha dəqiq desək, həmsədrlərin gözlənilən Sarkisyan-Əliyev görüşü barədə verdikləri bəyanatlarını şərh edən analitiki şöbə bunun Ermənistan üçün səmərəsz olacağını iddia edir. Belə ki, həmin bəyanatda XİN rəhbərlərinin siyasi iradə və etibarın möhkəmləndirilməsi zəruriliyi və s. ifadələr yer alıb. Məhz bu baxımdan, ermənilər istəklərinə çatmadıqlarını anlamağa başlayıblar. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin təcavüzkarın cəzalandırılacağı ilə bağlı BMT-də səsləndirdiyi bəyanata ATƏT-in Minsk qrupu tərəfindən reaksiyanın verilməməsi qarşı tərəfi vahiməyə salıb.

O cümlədən, erməni analitikləri narahatlıqla ifadə edirlər ki, Sankt-Peterburq və Vyana razılaşması əsasında öhdəliklərin yerinə yetirilməsi tələbi Minsk qrupunun gündəliyindən çıxarılıb. SİTAT: “Bu, erməni diplomatiyasının növbəti uğursuzluğudur. Ona görə ki, Yerevan Aprel müharibəsindən sonra qəbul etdiyi adekvat taktikadan faktiki olaraq imtina edir...”

Erməni analitikləri eyni zamanda hesab edirlər ki, Moskva Ermənistana təzyiqlər edir və ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı da buna sübutdur: “Moskvanın Ermənistan hakimiyyətin təzyiqləri öz nəticələrini verdi və Qarabağ münaqişəsinin həlli öz çərçivəsinə geri döndü, yəni həmin status-kvoya ki, 2016-cı ilin aprelinə qədər mövcud idi və sonda dördgünlük müharibə baş verdi”.

Digər tərəfdən, o da xüsusi olaraq vurğulanır ki, Ermənistan XİN-nin rəhbəri Edvard Nalbandyanın Ermənistan-Diaspora forumundakı qalmaqallı çıxışı heç də təsadüfi olmayıb və Qarabağ siyasətində rəsmi Yerevanın məhz bu taktiki dönüşünü simvolizə edir.

Beləliklə, erməniləri təlaşlandıran daha bir məsələ baş verənlərin məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli bəyanatları ilə eyni zamana təsadüf etməsidir. “Azərbaycan KİV-ləri yazırlar ki, Bakı həmsədrlərin təklif etdikləri və substantiv danışıqların bərpasına hesablanmış bəzi təklifləri qəbul etməyə razılaşıb və bu yanaşmanın Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasındakı beynəlxalq aləmə səsləndiyi bəyanatları fonunda baş verməsi xüsusilə narahatlıq doğurur” –deyə erməni saytının analitik şöbəsi yazır.

Beləliklə, təcavüzkarın Azrbaycana qarşı təxribatlarını davam etdirəcəyi halda sərt şəkildə cəzalandırılması barədə verilən həmin bəyanat Ermənistanın ictimai rəyində, hərbi-siyasi dairələrində, o cümlədən KİV-lərində gündəmdə qalmaqda davam edir. Bu isə düşmənlərin müharibə xofunda olmasını, kəskin təlaş keçirmələrini kifayət qədər sübuta yetirən danılmaz faktdır.

Bu arada, qindarma “DQR”on sabiq “xarici işlər naziri” Arman Melikyan da adıçəkilən sayta müsahibəsində etiraf edib ki, erməni diplomatiyası süquta uğrayıb. SİTAT: “Madrid prinsiplərinin bərpası, yaxud da yenidən işə salınması belə deməyə əsas verir ki, Qarabağ münaqişəsinin həllində siyasi qərar olmayacaq, yaxud bu, rəsmi Yerevanın kapitulyasiyası ilə nəticəsini tapacaq. Yəni, bu proses ya dalana dirənməkdə davam edəcək, ya da bizim məğlubiyyətimizlə başa çatacaq”.

Separatçıların sabiq “naziri” bu variantların heç birinin ermənilər üçün yaxşı nəticə verməyəcəyini qeyd edərək, “hər iki variant bizim milli maraqlarımızın təhlükəsizliyini təmin etmir”-deyə vurğulayıb.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə