Deputatımız Rusiyaya gedir

Milli Məclisin deputatı İqbal Məmmədov bu gün Rusiya Federasiyasına səfərə gedəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, millət vəkili Sankt-Peterburq şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının Büdcəyə nəzarət komissiyasının iclasına qatılacaq, müzakirəyə çıxarılan məsələlərə münasibətini bildirəcək.

Tədbirdə MDB-yə üzv ölkələrin nümayəndələri iştirak edəcəklər.

Səfər sentyabrın 22-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə