Ermənistan ordusunda ərzaq, su və tibbi xidmət problemi yaranıb

Ermənistan ordusunda ərzaq, su və tibbi xidmət problemi yaranıb

Ermənistanın “Demokratiya bu gün” ictimai təşkilatı ordudan tərxis edilmiş 200 hərbi qulluqçu arasında sorğu keçirib. Araşdırmalar əsasında “Ermənistanda ordunun sağlamlıq hüququnun əsas məqamları” nəşri hazırlanıb.

Ermənistan mətbuatı xəbər verir ki, ordudan tərxis olunan gənclərin fikrinə görə, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur.

Sorğuda iştirak edənlər hərbi hissələrdə psixoloqların olmasının vacibliyini bildiriblər.

Bunu nəşrin müəlliflərindən olan Anna İşxanyan jurnalistlərlə söhbət zamanı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə