Baş nazirin birinci müavini Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olub

Baş nazirin birinci müavini Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olub

Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın iclasında iştirak edən baş nazirin birinci müavini, komissiyanın həmsədri Yaqub Eyyubov yaxın günlərdə Daşkənddə açılacaq Azərbaycan Mədəniyyət Mərkəzində olub.

SİA-nın məlumatına görə, Yaqub Eyyubov buradakı Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, o cümlədən Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri ilə tanış olub.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov mərkəzdə yaradılan şərait haqqında məlumat verib. Bildirilib ki, burada təntənəli mərasimlər, eləcə də sərgi, kino, konfrans və konsert salonları, kitabxana yaradılıb. Mərkəzdə, həmçinin kompüter kursları, Azərbaycan musiqisi və rəqs dərnəkləri, bazar günü məktəbi fəaliyyət göstərəcək.

Buraya gələnlər quraşdırılacaq monitor vasitəsilə hər gün Azərbaycan filmlərinə tamaşa edəcək, musiqiyə qulaq asacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə