Elşən Musayev: "Rəzalət" anlayışının özü bunlardan bezib, amma bunlar rəzil olmaqdan bezməyiblər"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevdir
- Elşən müəllim, son günlər AXCP, Müsavat və onların təsiri altında olan qəzetlər, saytlar dövlətimizin imicinə ləkə vurmaq, xalqın milli ruhunu sarsıtmaq üçün geniş əks-təbliğat kampaniyasına başlayıblar. Bu cür təbliğatın arxasında hansısa xarici qüvvələrin dayandığını demək olarmı?
- Ümumən Azərbaycanın uğurları həmişə müəyyən və məlum qüvvələri narahat edib. Daxildə də, xaricdə də. AXCP və Müsavat isə ölkə müxalifətinin üz qarasıdır. "Rəzalət" anlayışının özü bunlardan bezib, amma bunlar rəzil olmaqdan bezməyiblər. Davamlı şəkildə, sanki ömürlərinin sonuna qədər rəzil olmağı qarşılarına məqsəd qoyublar. Belə olan halda isə, bu cür ünsürlərdən hər şey gözləmək olar. Təbii ki, hansısa xarici qüvvələr Azərbaycanın radikal müxalifətinə pul yatırır, onların vasitəsilə aranı qatmağa çalışır. Amma çıfayda, alınmayacaq. Ona görə alınmayacaq ki, xalq öz Lideri, Prezident İlham Əliyevin yanındadır, xalq Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu strategiyanın davam etdirilməsində maraqlıdır.
- Emin Milli adlı "Meydan" TV-nin təsisçisi ermənilərlə geniş əməkdaşlıq əlaqələri qurur və bu əlaqələrin qurulmasında Əli Kərimlinin və Arif Hacılının müəyyən tövsiyələrindən yayarlandığını gizlətmir. Bununla bağlı nə deyə bilərsiniz?
- Emin Millinin çalışdığı "Meydan" TV yox, "Şeytan" TV-dir. Bu TV qarayaxmalar üzrə Olimpiya Oyunları, dünya çempionatı keçirilərsə, heç şübhəsiz, lider olardı. Ağızlarını açıblar, nə gəldi danışırlar. Odur ki, belələrinin erməni dostları ilə əlaqələr qurması da kimsəni heyrətləndirməməlidir. Emin Millinin özü ermənidən heç nə ilə fərqlənməyən biridir. Əli Kərimli kimi "lider"lər isə, Emin Millinin bu kontekstdə, bu yolda ruh və stimul aldığı adamlardır.
- Əli Kərimli ilə eyni maraqları bölüşən Leyla və Arif Yunusların Praqada mənzilləri, İstanbulda obyektləri olduğu öz təsdiqini tapır. Sizcə, bu cür geniş imkanlar nəyin hesabına əldə olunub?
- Dələduzluq və siyasi oyunbazlıq hesabına. Başqa nə ilə olacaq ki? Alırlar qrantları, bütün öhdəlikləri icra edirlər. Təbii ki, Azərbaycan əleyhinə. Ona görə vicdanları və şəxsiyyətləri olmasa da pulları yetərincədir.
- 2018-ci ildə keçiriləcək prezident seçkilərinin yaxınlaşması müxalifətin bir qədər fəallaşdığını göstərir. Necə düşünürsünüz, müxalifət diqqət mərkəzinə çevrilmək üçün qarşıdurmalar və iğtişaşlar yarada bilərmi?
- Heç bir fəallıq-filan yoxdur. Hamısı imitasiyadır. Sadəcə, göstərmək, sübut etmək istəyirlər ki, biz də varıq. Reallıqda isə onların tozu belə yoxdur, çoxdan tarixin arxivinə gömülüblər. Azərbaycanın radikal müxalifət cəbhəsində özündən deyən, özündən bəhs etdirməyi bacaran, sözünə sahib çıxan insan uzun illərdir yetişmir. Çünki strategiyaları satqınlıq və riyakarlıq üzərindən qurulub. Həmin cəbhədə yetərincə satqın var. Satqın olmayanlar isə sıravilərdir, qabağa, önə çıxa bilməyiblər. Əli Kərimli kimi tiplər öz iyrənc məqsədləri üçün müxalifətçiliyi də monopoliyada saxlayırlar. İmkan vermirlər ki, normal müxalifət formalaşsın. İndiki məqamda özlərini müxalifət adlandıranlar, ortalıqda gəzib, su bulandıranlar isə, əsla, mövcud iqtidara rəqib ola bilməzlər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB