Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını və Krallığın vəliəhdini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Kral Abdullah bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.
SİA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, xalqlarımızın iradəsini əks etdirən dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına sülh və firavanlıq arzulayıram".
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının milli bayramı münasibətilə Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, baş müfəttiş Sultan bin Əbdüləziz Al Səuda da təbrik məktubu ünvanlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB