Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə Kosta-Rikanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkilini qəbul edib. Bu barədə XİN-dən verilən məlumata görə, müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos müvafiq təyinatı və Kosta-Rikanın Azərbaycan Respublikasında səfirliyinin açılması ilə əlaqədar olaraq Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanzın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanmış məktubunu təqdim edib.
Görüşdə Azərbaycan və Kosta-Rika arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB