“Dəniz kuboku - 2017”-nin növbəti mərhələsinə MiQ-29 təyyarələri cəlb olunacaq

“Dəniz kuboku - 2017”-nin növbəti mərhələsinə MiQ-29 təyyarələri cəlb olunacaq

Avqustun 3-də “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmi heyətləri Xəzər dənizində təyin olunmuş rayonda hava hədəflərinin məhv edilməsi üzrə peşəkarlıqlarını nümayiş etdirəcəklər. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müsabiqənin bu mərhələsinin təmin olunmasına Azərbaycan Hərbi Hava Qüvvələrinin dörd MiQ-29 təyyarəsi cəlb olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə