Ziyad Səmədzadə Türkiyənin Afyonkarahisar şəhərində keçiriləcək simpoziumda iştirak edəcək
Azərbaycan Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sentyabrın 22-dən 26-dək Türkiyənin Afyonkarahisar şəhərində səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə "Büdcənin formalaşmasında parlamentlərin rolu: İslam Konfransı Təşkilatı və Avropa İttifaqı ölkələrinin təcrübəsi" mövzusunda keçiriləcək simpoziumda iştirak edəcək.
Simpoziumda İslam Konfransı Təşkilatı Parlament Məclisinə və Avropa İttifaqına üzv ölkələrin təcrübəsinə nəzər salınacaq, büdcə hədəfləri, vergi siyasəti, maliyyə şəffaflığı kimi məsələlər müzakirə olunacaq. Deputat öz məruzəsində büdcənin formalaşmasında Milli Məclisin rolundan və bu sahədə Azərbaycan parlamentinin təcrübəsindən danışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB