Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Beynəlxalq Uşaq Günü ilə bağlı tədbir keçirilib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində Beynəlxalq Uşaq Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 18-də Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində 20 Sentyabr-Beynəlxalq Uşaq Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, AAKM və Almaniyadakı Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin birlikdə təşkil etdiyi tədbirə əsasən uşaqlar dəvət ediliblər.

AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova kiçik yaşlı soydaşlarımızı və onların valideynlərini salamlayıb, balacaları beynəlxalq bayram münasibətilə təbrik edib. Almaniyadakı Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin sədr müavini Qurban Ələkbərov da Beynəlxalq Uşaq Günü ilə bağlı fikirlərini bölüşüb və "Sehrli xalat" filmi haqda məlumat verib. Sonra Azərbaycanda balacaların sevdiyi bu film Almaniyadakı kiçik soydaşlarımıza nümayiş etdirilib. Sonra uşaqlar filmlə bağlı öz təəssüratlarını paylaşıb. Qeyd edək ki, bayram tədbirinə azərbaycanlı uşaqlarla birgə digər millətlərdən olan qonaqlar da qatılıb.

Xatırladaq ki, UNİCEF-in beynəlxalq bayram kimi qeyd etdiyi Dünya Uşaqlar Günü 1954-cü ildə rəsmi şəkildə elan olunub və bayramı qeyd edən ölkələrin sayı getdikcə artaraq 145-ə çatıb. Hər ölkə bu bayramı öz ənələrinə görə müxtəlif tarixlərdə qeyd edir: Çin, Şərqi Avropa iyunun 1-ni, Yaponiya mayın 5-ni, Türkiyə aprelin 23-nü, Qvineya hətta bir ay ərzində uşaqlara bayram sevinci yaşadır, onların problem və qayğılarını diqqət önünə gətirir. Almaniyada isə Beynəlxalq Uçaq Günü ölkənin şərqində iyunin 1-də, qərbində isə sentyabrın 20-də keçirilir. Bu günün əsas məqsədi uşaq hüquqlarının müdafiəsi, gənc nəsil arasında dostluq bağlarının möhkəmlənməsi, UNİCEF-in uşaqlara göstərdiyi kömək proqramının dəstəklənməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə