Mərkəzi Neftçilər Xəstəxanasının yeni yaradılan 2 şöbəsi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasının yeni yaradılan 2 şöbəsi istifadəyə verilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yeni yaradılan otorinolorinqoloji və baş-boyun, eləcə də əsaslı şəkildə yenidən qurulan mama-ginekologiya şöbələrinin açılış mərasimi keçirilib.

SİA-nın məlumatına görə, yeni şöbələrə baxış keçirən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, MNX-nın maddi-texniki bazasının səhiyyənin ən müasir tələblərinə uyğunlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Lor şöbəsinin bazasında yaradılan otorinolorinqoloji və baş-boyun şöbəsinin tərkibində baş-boyun və triod bölməsi fəaliyyət göstərir. Burada 8 palata, 3 əməliyyat otağından ibarət bir əməliyyat bloku, müayinə, prosedur və sarğı otağı var.

Əməliyyat bloku ən mürəkkəb cərrahiyə əməliyyatlarını aparmağa imkan verən, Almaniyanın məşhur "Ştors" firmasının istehsalı olan endoskopik avadanlıqla təchiz edilib. Bu avadanlığın içərisində Azərbaycanda analoqu olmayan, əməliyyat zamanı görmə sahəsini təmizləyən əlavə qurğu yerləşdirilib. Bu isə əməliyyatın fasilə vermədən davam etdirilməsinə imkan yaradır və əməliyyat müddətini qısaldır.

Şöbə üçün alınan 2 yeni əməliyyat mikroskopundan 1-i loringial, digəri isə qulaq əməliyyatlarında istifadə olunacaq. Əməliyyat otağlarında quraşdırılan naviqasiya cihazının köməyi ilə əməliyyat zamanı xəstənin diaqnozunun dəqiqləşdirilməsi mümkün olacaq. Blokun təchiz edildiyi bütün cərrahi alətləri də "Ştors" firmasının məhsulu olmaqla, müasir səhiyyənin tələblərinə cavab verir.

Bütün xəbərlər Facebook səhifəmizdə