Milli Məclsin sosial siyasət komitəsinin iclası keçirilib

Milli Məclsin sosial siyasət komitəsinin iclası keçirilib
Bu gün Milli Məclisin Sosial siyasət Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 2 -"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi, Sosial siyasət komitəsinin 2010-cu ilin yaz vənövbədənkənar sesiyasının yekunları və 2010-cu ilin payız sesiyasının qanunvericilik işləri planı barədə məsələlər daxil olub.

İclası giriş sözü ilə açan komitə sədri Hadı Rəcəbli komitənin 2010-cu ilin yaz və növbədənkənar sesiyasının yekunları və 2010-cu ilin payız sesiyasının qanunvericilik işləri planı barədə məlumat verib. Komitənin yaz sesiyasında məhsuldar işlədiyini deyən H.Rəcəbli bu müddət ərzində 13 qanunun parlamentə tövsiyyə olunduğunu, 11 iclasın keçirildiyini, 17 məsələnin müzakirə olunduğunu dilə gətirib. Komitənin işini məqbul sayan komitə sədri cari ilin payız sesiyasını az məhsuldar sessiya adlandırıb. O söyləyib ki, payız sessiyası əsasən növbəti ilin büdcəsinə həsr olunacaq. Daha sonra Komitənin parlamentə təqdim etdiyi layihələr barədə danışan H.Rəcəbli bura "Ailə həkimi", "Reproduktiv sağlamlıq", "Ailə məcəlləsinə ediləcək əlavə və dəyişiklik", "Xəstənin hüququ" qanunlarının daxil olduğunu qeyd edib. O adıçəkilən qanunların növbəti ilin yaz sesiyasında müzakirə olunacağını vurğulayıb.

Daha sonra iclasın gündəliyinə daxil olan digər "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkçi miqrantları və onların ailə üzvlərinin hüquqi statusu haqqında" Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi müzakirəyə çıxarılıb. Layihə haqqında danışan komitə sədri Rusiyada yaşayan əməkçilərimizin bir sıra problemlərlə üzləşdiyini deyib. O bildirib ki, Dövlətlərarası müqavilə olmadığından Rusiyada çalışan əməkçilərimiz ölkəmizdə müavinət ala bilmirlər. O söyləyib ki, bir müddət bundan əvvəl dövlətlər arasında imzalanan saziş ölkə parlamentində ratifikasiya olunsa da qarşı tərəfin parlamentində ratifikasiya olunmayıb. Onun sözlərinə görə, MDB ölkələrində çalışan əməkçilərimiz ilk növbədə miqrant statusu almalıdırlar. O qeyd edib ki, yalnız bu statusu alan əməkçilərimiz konvensiyada nəzrdə tutulan hüquqlara malik olacaqlar. O layihəni Rusiyada işləyən əməkçilərin sosial müdafisəni gücləndirəcək layihə adlandırıb.

İclasın davamında çıxış edən komitə üzvü Musa Quliyev Rusiyada yaşayan əməkçilərimizin bir sıra problemlərlə üzləşdiyini dilə gətirib. Onun sözlərinə görə sözügedən konvensiya qəbul olunduqdan sonra bütün problemlər öz həllini tapacaq.

İclas müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə