Misirli yazıçı: "2 yaşlı Zəhranın öldürülməsi insanlıq əleyhinə cinayətdir"
Misirin Yazıçılar Birliyinin sədri doktor Alə Əbdül Hədi 2 yaşlı Zəhranın öldürülməsini insanlıq əleyhinə cinayət adlandırıb. Alə Əbdül Hədi iyulun 4-də erməni silahlı qüvvələrinin törətdiyi qanlı hadisə nəticəsində 2 yaşlı Zəhranın qətlə yetirilməsini qətiyyətlə pislədiyini bildirib. O, heç bir insanın buna izah verə bilmədiyini, bu hadisənin insanlıq əleyhinə cinayət və vəhşilik olduğunu vurğulayıb. Alə Əbdül Hədi dünyanın bütün sülhpərvər qüvvələrini bu hadisəni qınamağa çağırıb.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1967-ci il təvəllüdlü Allahverdiyeva (Quliyeva) Sahibə İdris qızı və onun nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə