Azərbaycanda ən populyar idman növlərindən biri olan şahmat ictimaiyyətinə böyük itki üz verib. Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, uzun illər ölkə idmanının inkişafında yaxından iştirak edən Oleq Timofeeviç Pavlenko dünyasını dəyişib.
Oleq Timofeeviç Pavlenko 1942-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarında şahmata olan marağı onu tezliklə idmanın bu növü ilə yaxından məşğul olmağa məcbur edib. 1959-cu ildən 1975-ci ilə qədər Oleq Pavlenko SSRİ xalqlar spartakiadasında Azərbaycan milli komandasının şərəfini qoruyub. 1960-cı ildə SSRİ-Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub. Oleq Timofeeviç Pavlenko ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.
Oleq Timofeeviç Pavlenko bu ayın 15-də vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB